”Caspian Telecom” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna, fiber optik texnologiya bazasında ən müxtəlif İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xidmətləri göstərir. 1997-ci ildə təsis olunan ”Caspian Telecom” MMC eyni zamanda Ailə TV kabel televiziyası və Ailə NET internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir. Şirkət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin verdiyi 065588 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Hazırda bir çox korporativ müştərilər və eləcə də fiziki şəxslər şirkətin ən qabaqcıl fiber optik texnologiya əsasında təqdim etdiyi yüksək keyfiyyətli kompleks telekommunikasiya xidmətlərindən yararlanırlar.
Öz fəaliyyətində ən yüksək texnologiyalardan istifadə edən “Kaspian Telekom” MMC Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber optik infrastruktura malik olan şirkətdir və ən qısa zamanda fiber optik şəbəkə çəkmə imkanına malikdir. Eyni zamnada “Kaspian Telekom” MMC Azərbaycanda SWİFT xidmətini göstərən ən böyük şirkətdir.