Korporativ internet

Caspian Telecom, korporativ müştərilər üçün mərkəzləşdirilmiş koordinasiya imkanı verən şəbəkə infrastrukturu təklif edir. Korporativ internet bağlantısı, bir-birinə yaxın olmayan obyektləri, şöbələri və idarə binalarını effektiv şəkildə idarə etmək üçün ən optimal yoldur. Bizneslər, korporativ internet vasitəsilə informasiya şəbəkəsi quraraq məlumatları (məsələn, elektron sənədlər, səs, video görüntü və s.) ötürmək imkanı əldə edirlər. Ölkəmizdə biznes sahələri sürətli şəkildə yeni ofis və filiallar açaraq şəbəkələrini genişləndirir. Bu səbəbdən telekommunikasiya sektorunda korporativ internet xidmətlərinin geniş coğrafiya sahəsində təklif olunan provayderlərə yüksək tələbat var. Caspian Telecom, Azərbaycanın müxtəlif bölgələrini öz geniş infrastrukturu ilə əhatə edən korporativ şəbəkəsini müştərilərinə təqdim edir. Bizim peşəkar mütəxəssislərimiz, korporativ müştərilərin internet bağlantısını sürətli və keyfiyyətli şəkildə təmin etmək məqsədi ilə bütün sorğularınızı tez bir zamanda analiz edir və optimal həll təklif edir.

Sifariş göndər