Ailə TV-nin kabel tv-rəqəmsal yayım növü ilk növbədə mükəmməl görüntü və səs effektləri deməkdir. Ailə TV Kabel televiziyası xidmətinin rəqəmsal yayım növünə qoşulmaqla, abunəçilər əsas paketdə 200-dən çox adi (SD) və HD TV kanal izləyə bilərlər. Bundan əlavə Sport+ paketinə abunə olmaqla, əlavə daha 15 TV kanal izləmək də mümkündür.

Ailə Paketinə abunə (200TV kanal) – aylıq 10 azn, Sport+ paketinə abunə isə – aylıq əlavə 5 azn təşkil edir. Bundan əlavə pulsuz radio kanallar da dinləmək mümkündür.

Qeyd etmək lazımdır ki, rəqəmsal yayım daha bir neçə üstünlüklərə malikdir:

◊ Belə ki, rəqəmsal yayıma qoşulmaqla kənar təsirlərə daha davamlı kabel televiziyası xidmətindən yararlanmaq mümkündür.

◊ Yayımlanan müəəyyən kanalların dil seçimi xidmətindən istfadə edərək, eyni kanalı bir-neçə müxtəlif dildə izləmək imkanı da mövcuddur.

◊ Rəqəmsal yayım abunəçilərin istifadəsinə EPG (Elektron Proqram Bələdçi) təqdim olunur ki, onun vasitəsilə ilə yayımlanacaq verilişlər haqqında öncədən məlumat almaq mümkündür.

◊ Valideyn nəzarəti xidməti isə, azyaşlı uşaqları arzuolunmaz kontentdən qorumaq məqsədi ilə istənilən kanal xüsusi kodlar vasitəsilə tam və ya məyyən zamanda kilidləmək imkanı yaradır.