Ailə TV kollektivi növbəti ağacəkmə aksiyasında
Ailə TV kollektivi növbəti ağacəkmə aksiyasında
2023-05-06 11:46:58

Ailəni sev, təbiəti qoru.
Bu gün Ailə TV kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasına qatılıb. Ailəmizin tövhəsini verdiyi bu gözəl təşəbbüslə ölkəmizdə 10 ilə 1 milyon ağac əkiləcək.
Layihənin məqsədi yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Fidanlar ağac, ağaclar meşə olsun diləyi ilə, ətraf mühitə birlikdə qayğı göstərək!