Ailə TV abunəçiləri üçün idman məzmununun çeşidi daha da genişlənib.
Ailə TV abunəçiləri üçün idman məzmununun çeşidi daha da genişlənib.
2026-06-25 11:23:38

Ailə TV abunəçiləri üçün idman məzmununun çeşidi daha da genişlənib. Şirkətin rəqəmsal kabel televiziyası və IPTV platformasında TV-NET Sport, Sport TV və Sport TV 2 idman kanallarının yayımına başlanılıb.

Yeni kanalların əlavə olunması sayəsində futbol azarkeşləri UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası, İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası, Fransa Liqa 1, Türkiyə Kuboku, Türkiyə Superkuboku, İspaniya Kuboku, İspaniya Superkuboku, İtaliya Kuboku, İtaliya Superkuboku və Almaniya Kuboku kimi nüfuzlu yarışları yerli şərhçilərin təqdimatında izləmək imkanı əldə edəcəklər.

Ailə TV-nin rəqəmsal kabel televiziyası və IPTV xidmətlərində təqdim olunan Sport+ paketinə daxil olan TV-NET Sport, Sport TV və Sport TV 2 kanalları ilə yanaşı, Setanta Sports 1, Setanta Sports 2 və digər idman kanalları da abunəçilərin istifadəsinə verilir. Beləliklə, Sport+ paketi müxtəlif idman növlərini əhatə edən ümumilikdə 13 seçilmiş idman kanalını özündə birləşdirir.

Ailə TV-nin baza yayım paketlərinə isə 200-ə yaxın yerli və beynəlxalq televiziya kanalı daxildir. Baza paketinin aylıq abunə haqqı 10 manat, Sport+ paketinin aylıq abunə haqqı isə əlavə olaraq 5 manat təşkil edir.

Abunəçilərin maraq və tələblərini, eləcə də televiziya yayımı sahəsindəki müasir tendensiyaları nəzərə alan Ailə TV yayım şəbəkəsini davamlı olaraq inkişaf etdirir və ən baxımlı televiziya kanallarını xidmət paketlərinə əlavə edir.

Ətraflı məlumat almaq üçün (012) 920 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.