Kabel Televiziyası – televiziya siqnalının izləyicinin televizoruna yüksək keyfiyyətli fiber-optik kabel vasitəsi ilə ötürülməsi deməkdir. Ailə TV Bakı və Gəncədə geniş Kabel Televiziyası şəbəkəsinə malikdir və həm analoq həm də rəqəsal yayım rejimində kabel televiziyası xidmətləri təqdim edir. Analoq yayımda televiziya siqnalı birbaşa olaraq izləyicinin televizoruna ötürülür, rəqəmsal yayımda isə siqnal kodlaşdırılmış formatda, DVB-C (Digital Video Broadcasting — Cable) texnologiyası ilə izləyicinin televizoruna qoşulmuş rəqəmsal qəbulediciyə (resiverə) ötürülür və oradan televizorun ekranında yayımlanır.

Ailə TV analoq yayım xidmətində 63 seçmə kanal retranslasiya olunur. Həmin 63 kanal siyahısına əsas yerli, rus, türk və digər xarici telekanallar daxildir. Analoq rejimində xidmətə qoşulmaq, hər-hansı bir əlavə qurğu tələb etmir, istifadəçinin binasının Ailə TV kabel şəbəkəsinin əhatə zonasında yerləşməsi yetərlidir.

Ailə TV-nin rəqəmsal televiziya yayımı xidməti isə daha yüksək keyfiyyətli səs və görüntü effektlərinə şərait yaradır. Ailə TV Kabel televiziyası xidmətinin rəqəmsal yayım növünə qoşulan istifadəçilər nəticə etibarı ilə baza kanal siyahısında HD kanallarda olan 200-dən çox TV kanal izləyə bilərlər. Həmçinin Sport+ paketini də əlavə etməklə daha 15 əlavə idman kanalı da seyr etmək olar. Televiziya kanallarını rəqəmsal yayımda izləmək üçün mütləq DVB-C texnologiyasını dəstəkləyən resiver (TV-tuner) gərəkdir. Müasir televizorlarda bu resiver televizorun daxilində olur, bu halda sadəcə CAM-modul (Conditional-access module) cihazı-na Ailə TV kartını taxaraq xidmətdən istifadə etmək olar. Öz daxili DVB-C resiver olamyan televizorlara isə ayrıca rəqəmsal qəbuledici cihaz qoşmaq gərəkdir.