Ailə TV-dən İPTV xidməti

İndi Ailə TV-ni kabelsiz və antensiz izləmək mümkündür. Yetər ki, evdə 2 Mbit/s -dən yüksək sürətli internet bağlantısı olsun! Ailə TV-nin IPTV xidmətinə qoşularaq, 200-dən çox TV kanal izləməyin bir-neçə əsas yolu var:

1. Ailə TV Player cihazı vasitəsilə
2. Ailə TV mobil əlavələri vasitəsilə, eləcə də
3.
LG və Samsung Smart TV televizorlarında.

Ailə TV Player cihazı haqqında məlumat əldə etmək və cihazı sifariş vermək üçün bu keçidi açın.

Ailə TV-nin mobil əlavəsini isə Play Store-dən android əməliyyat sistemində çalışan istənilən cihaza yükləmək mümkündür. Eləcə də App Store-də də Aile TV mobil əlavəsini yükləmək olar. Xidmətdən eyni internet şəbəkəsinə qoşulmuş 3 cihazda istifadə edə bilərsiniz. Aylıq abunə haqqı 10 ₼ təşkil edir. Xidmətin ilk günü tam pulsuz olacaq.

3 cihaz – 1 abunə. (Yalnız eyni internet şəbəkəsində)

Xidmətə yeni qoşulan abunəçilər mobil əlavəni yüklədikdən sonra qeydiyyatdan keçməlidirlər, Ailə TV-nin mövcud IPTV abunəçiləri isə mövcud mobil nömrə və şifrə ilə də daxil ola bilərlər. Xidmətdən eyni internet şəbəkəsinə qoşulmuş 3 cihazda istifadə etməyə icazə verilir.