Setanta Sports
2024-01-19 20:16:12

Ən baxımlı idman yarışlarını Setanta Sports-la Ailə TV-də izlə

Ailə TV Rəqəmsal yayım və İPTV yayım növündə yeni idman TV kanalları əlavə olunmuşdur.

İndi dünyaca məşhur Setanta Sports 1 və Setanta Sports 2 idman kanallarını Ailə TV-nin Sport+ paketində izləmək olar. Qeyd etmək lazımdır ki, Setanta Sports efirində İngiltərə Premyerliqası, İspaniya La liqası, Almaniya Bundesliqası, Fransa futbol liqası və digər dünyaca məşhur idman yarışları yayımlanmaqdadır.

Ailə TV Rəqmsal Kabel Televiziyası və İPTV yayım növündə mövcud olan Sport+ paketinə daxil olan Setanta Sports 1 və Setanta Sports 2 idman kanallarından başqa ümumilikdə 15 idman kanalı abunəçilərə təklif olunur.

Ümumilikdə Ailə TV baza yayım paketlərinə 200-dən çox seçmə televiziya kanalı daxildir. Əsas paketə aylıq abunə 10 azn, Sport+ paketinə abunə isə əlavə 5 azn təşkil edir.

Abunəçilərin tələblərini və dünya trendlərini nəzərə alaraq Ailə TV yayım şəbəkəsində mütəmadi olaraq yeniliklər baş verir və ən baxımlı televiziya kanalları müxtəlif paketlərə əlavə olunur.

Daha ətraflı məlumat üçün (012) 920 zəng mərkəzinə müraciət etməklə məlumat almaq mümkündür.