AİLƏ TV DÜNYANIN HƏR YERİNDƏ!

Ailə TV kabelsiz və antensiz, yeni İP TV xidmətini təqdim edir. Qoşulmaq üçün internet və Ailə TV Player kifayətdir.

Minimum 2 Mbit/s itenternetlə Ailə TV Player-i televizora qoşub, 200-dən çox TV kanal izləmək mümkündür. Bu TV kanalların bir-çoxu üçün, 7 günlük arxivlə təkrar izləmə funksiyası mövcuddur.

Ailə TV Playerlə abunəçilər sevimli TV kanalları hər yerdə izləyə bilər. Dünyanın hər yerində, ölkəmizin istənilən güşəsində, istənilən şəhər və rayonlarda. Kabel və sputnik televiziyalarından istifadə etmək imkanı olmayanlar üçün bu xüsusilə böyük bir fürsətdir.

Ailə TV Playeri televizora qoşmaqla əslində istənilən televizoru SmartTV funksiyaları ilə təmin etmək olar. İstənilən televizorda internetdən istifadə etmək, android tətbiqlərdən faydalanmaq indi gerçəkdir.

Bundan əlavə, Ailə TV Player – bir qurğuda iki imkan deməkdir! Onu həm İP TV qəbuledici həm də WIFI router kimi rahat istifadə etmək olar.

Ailə TV player-i bütün Ailə TV filiallarından əldə etmək mümkündür. Yaxın vaxtlarda ölkəmizin bütün iri elektronika mağazaları və supermarketlərində də Ailə TV satış nöqtələri açılacaqdır.

Satış qiyməti 50 AZN olan Ailə TV Playerlə abunəçilər ilk bir ay 200-dək TV kanalı PULSUZ izləyəcəklər. Abunəni uzatmaq üçün Ailə və ya Ailə+ paketlərindən birini seçmək kifayətdir.

Ailə paketi 100 TV kanaldan ibarətdir və aylıq 9 AZN təşkil edir. Ailə+ paketi isə daha genişdir, əlavə 98 TV kanal və 15 AZN aylıq abunə haqqı.

Abunə haqqlarını MilliÖn terminalları, Ailə TV filialları, poçt, bank və ya aile.tv, goldenpay.az, hesab.az saytlarında keçirmək mümkündür.

 

ipbox1

27.04.2015