AİLƏ TV İNDİ MASAZIRDA!

Artıq Masazır qəsəbəsinin sakinləri də  Ailə TV kabel televiziyası xidmətlərindən istifadə edə bilərlər. Qəsəbədə yerləşən Qurtuluş 93 yaşayış kompleksinin 5 mərtəbəli binaları Ailə TV tərəfindən tam olaraq kabelləşdirib və istifadəyə hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, əhatə dairəsini daim genişləndirən Ailə TV kabel televiziyası Bakı və Gəncə şəhərində xidmət göstərir. Hal-hazırda Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Suraxanı, Binəqədi, Nəsimi rayonları Ailə TV kabel televiziyasının əhatə dairəsiniə daxildir. Bundan əlavə Səbail rayonu və Sabunçu rayonu Bakıxanov qəsəbəsinin  müəyyən ərazilərində də Ailə TV kabel televziyası xidmətlərinə qoşulmaq mümkündür.

Ailə TV kabel televiziyası şəbəkəsinə daxil olmayan ünvanların sakinləri Ailə TV Player qurğuları vasitəsilə Ailə TV şəbəkəsində yayımlanan TV kanalları IPTV rejimində izləyə bilərlər.

Ailə TV Masazır post

28.10.2015