AİLƏ TV FƏRDİ SEÇİM PAKETİNİN TƏTBİQİNƏ BAŞLADI

İndi Ailə TV rəqəmsal yayım abunəçiləri izləmək istədikləri telekanalları özləri müəyyənləşdirə bilərlər. Bunun üçün Ailə TV abunəçilərinin ixtiyarına “Fərdi seçim” paketi təqdim olunur.

Fərdi seçim paketində müxtəlif mövzuları əhatə edən 75 telekanal möcvuddur, həmin 70 telekanaldan abunəçi istədiyi 12 telekanalı seçə bilər. Fərdi istəyə görə seçilmiş 12 əlavə telekanala aylıq abunə 5 AZN təşkil edir.

Fərdi seçim paketinə daxil olan telekanalları aile.tv saytından sifariş vermək mümkündür. Abunəçilərin rahatlığı üçün, saytın QOŞUL bölməsində xüsusi online sifariş forması hazırlanmışdır.

Bundan əlavə yeni paketi Ailə TV filiallarında da aktivləşdirmək olar. Bunun üçün abunəçi qeydiyyəatda olduğu Ailə TV filialına yaxınlaşaraq müvafiq sifariş blankını doldurmalıdır.

Qeyd etmək lazımdır ki, rəqəmsal yayım abunəçiləri yalnız bir əlavə paketə abunə ola bilərlər. Bu o deməkdir ki, HD və Fərdi seçim paketlərinə eyni zamanda abunə mümkün deyil.

09.09.2015