AİLƏ TV NÖVBƏTİ SOSİAL LAYİHƏYƏ DƏSTƏK OLDU

Azərbaycan Talassemiya Federsaiyası, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin iştirakı, Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatı, Ailə TV-nin dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ilə

28 İyun 2015-ci ildə, "Talassemiyasız Həyat Naminə - Dünya Mənim Gözlərimdə" adlı sosial layihə baş tutdu.

Tədbirdə talassemiyalılar bu gün səhətlərindəki narahatlığa baxmayaraq kompeksləri və mənəvi çətinlikləri aşaraq iştirakçıların və ekspertlərin qarşısında incəsənət sahəsi üzrə rəsm, rəqs, rep və şeir deməklə öz bacarıqlarını nümayiş etdirdilər. Layihə rəhbəri Gülgün Gündüz bildirdi ki, tədbirin sonunda talassemiyalılar aktiv iştirakına görə ekspertlər tərəfində qiymətləndirilib, mükafata layiq görüldü. "Talassemiyasız Həyat Naminə" proqramı çərçivəsində "Dünya Mənim Gözlərimdə" adlı layihədə iştirak edən hər kəs Sertifikatla təltif olundu.

talasemiya062015

28.06.2015