“Ailə NET” optik internet tariflərində dəyişikliklər baş vermişdir
“Ailə NET” optik internet tariflərində dəyişikliklər baş vermişdir
2026-08-26 15:15:05

İstehlakçıların yüksək sürətli və dayanıqlı internetə artan tələbatı və müasir dövrümüzün yeni texnoloji tələbləri nəzərə alınaraq internet paketlərində zamanın tələbinə uyğun dəyişikliklər nəzərdə tutulub. Beləliklə 2023-cü il Fevral ayının 1-dən etibarən Bakı şəhərində yüksək sürətli fiber-optik internet xidməti tariflərində yeni dəyişikliklər qüvvəyə minəcəkdir. Dəyişikliklərə əsasən minimal internet bağlantı sürəti 36 Mbit/s-dən 50 Mbit/s-dək artırılacaqdır, aylıq abunə haqqı isə 20 azn təşkil edəcəkdir ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan daha effektiv şəkildə yararlanmağa imkan verəcəkdir. Bununla yanaşı istifadəçilərə tələbata uyğun daha yüksək sürətli internet paketləri də təklif olunur. 30 Mbit/s limitsiz internet surətinin qiyməti 30 azn və maksimal 100 Mbit/s limitsiz internet surətinin qiyməti aylıq 50 azn təşkil edir. 100 Mbit/s internet tarifinin abunəçilərinə əlavə olaraq Ailə TV Kabel Televiziyası xidməti də hədiyyə olunur.

Abunəçilərin diqqətinə bir daha çatdırırıq ki, 15.01.2023-cü il tarixində www.aile.tv saytı və operatorun sosial şəbəkələrdəki hesabları üzərindən sözügedən tarif dəyişikliyi ilə bağlı məlumat təqdim olunub.