Ailə TV-dən İPTV xidməti

İndi Ailə TV-ni kabelsiz və antensiz izləmək mümkündür. Yetər ki, evdə 2-3 Mbit/s -dən yüksək sürətli internet bağlantısı olsun! Ailə TV-nin OTT TV xidmətinə qoşularaq, 200-dən çox TV kanal izləməyin bir-neçə əsas yolu var:

1. LG və Samsung Smart TV televizorlarında.
2. Ailə TV mobil əlavələri vasitəsilə, eləcə də
3.
Ailə TV Player cihazı vasitəsilə

Ailə TV-nin Smart TV tətbiqini yükləmək üçün ilk növbədə televizorda region olaraq Azərbaycan seçildiyinə əmin olun, daha sonra LG Content Store və ya Samsung Smart HUB-da "Aile TV" sözü yazaraq axtarış verin. Əgər daxil olub izləmək üçün qeydiyyatdan keçməmisinizsə, ilk öncə bura daxil olaraq qeydiyyatdan keçib profil açın - Linki açıb, Sign up bölməsinə keçin

Ailə TV-nin mobil əlavəsini Play Store-dən android əməliyyat sistemində çalışan istənilən cihaza yükləmək mümkündür. Eləcə də App Store-də də Aile TV mobil əlavəsini yükləmək olar. Xidmətdən eyni internet şəbəkəsinə qoşulmuş 3 cihazda istifadə edə bilərsiniz. Aylıq abunə haqqı 10 ₼, genişləndirilmiş idman kanalları ilə birgə isə 15 ₼ təşkil edir. Xidmətin ilk günü pulsuz olacaq.

3 cihaz – 1 abunə. (Yalnız eyni internet şəbəkəsində)

Xidmətə yeni qoşulan abunəçilər mobil əlavəni yüklədikdən sonra qeydiyyatdan keçməlidirlər, Ailə TV-nin mövcud OTT TV abunəçiləri isə mövcud mobil nömrə və şifrə ilə də daxil ola bilərlər. Xidmətdən eyni internet şəbəkəsinə qoşulmuş 3 cihazda istifadə etməyə icazə verilir.

Ailə TV Player cihazı haqqında məlumat əldə etmək və cihazı sifariş vermək üçün bu keçidi açın.