05 Aprel 2020
Ölkənin ilk rəqəmsal kabel televiziyası və optik internet provayderi, Ailə TV genişləndirilmiş sosial güzəştlər təklifini davam etdirir. Yerli TV kanallar və ən aktual internet səhifələrinə giriş hər-kəsə PULSUZ!
Dünyada qlobal səviyyədə yayılmış koronovirus pandemiyası ilə mübarizədə ən effektiv vasitə evdə qalmaqdır. İnsanların evdə daha çox vaxt keçirdiyini nəzərə alaraq Ailə TV də öz yayım şəbəkəsində bu gündən bütün yerli TV kanalları ödənişsiz etmişdir. Karantin dövrü ərzində Azərbaycan TV kanallarını izləmək üçün aylıq abunə tələb olunmayacaq. Bundan əlavə Ailə TV abunəçiləri karantin dövründə daha çox TV kanal izləsinlər deyə rəqəmsal kabel televiziyası xidmətində 116 TV kanaldan ibarət əsas paketə +72 TV kanaldan ibarət Ailə+ paketi pulsuz əlavə olunmuşdur. Şirkətdə hesab edirlər ki, bu güzəştlər insanlara evdə vaxtlarını daha səmərəli keçirməyə səbəb olacaq və eyni zamanda həyati əhəmiyyət daşıyan, vacib məlumatları televiziya vasitəsilə əldə etmək imkanı yaradacaq. Eyni zamanda Ailə NET internet xidmətinin abunəçiləri üçün də bir-çox əsas və hal-hazırkı durumda əhəmiyyətli olan veb-resurslara giriş aylıq abunədən asılı olmayaraq açıq olacaq. Bura bir-sıra elektron dövlət portalları, xəbər saytları və onlayn ödəniş xidmətləri daxildir. Tam siyahı ilə məqalənin sonunda tanış ola bilərsiniz.
Xatırladaq ki, Bir-neçə gün öncə Ailə TV televiziya və internet xidmətləri provayderinin yeni növ koronovirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tibb işçilərini həm TV həm də İnternet xidmətləri ilə təmənnasız təmin etmişdir (bit.ly/nokorona). Bu şirkətin start verdiyi geniş sosial aksiyalar proqramının ilkin mərhələsi idi.
Yuxarıda sadalanan güzəştlərdən əlavə, hər zaman öz sosial öhdəliklərinə həssas yanaşan Ailə TV televiziya və internet xidmətləri operatoru pandemiya ilə əlaqədar abunəçilərdə yaranmış müxtəlif çətin vəziyyətləri nəzərə alır, hər birinə individual yanaşmaqla TV xidmətinə aylıq abunəsi bitən izləyicilərin xəttini ayırmamağa çalışır.
Sonda Ailə TV bir daha hər-kəsi bu çətin durumda həmrəy olmağa çağırır və güzəştli televiziya və internet xidmətlərindən istifadə etməyə dəvət edir. #BizBirlikdəGüclüyük