Öz fəaliyyəti ilə cəmiyyətimizə faydalı olmağa çalışan, Ailə TV bu dəfə parlaq gələcək naminə növbəti sosial aksiyanı uğurla icra etmişdir. Bölgələrdə savadlı və xoşbəxt şagirdlərin yetişməsinə tövhə vermək məqsədi daşıyan layihə çərçivəsində Masallı rayonunda yaşayan ailələrin növbəti dərs ilinə hazırlaşan övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı tədbir həyata keçirilmişdir.
Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbinin ümumilikdə 35 şagirdinə Ailə TV əməkdaşları tərəfindən dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları və müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Balaca şagirdlərin sevimlisi Leyla Qarazadə və onun “yerdəki ulduzları” komandamızın gəlişini böyük sevinclə qeyd etmişdir. Şagirdlər Ailə TV-nin ətraf mühitin zərərli tullantılardan qorunması layihəsinə dəstək olaraq topladıqları çoxlu saydı istifadəyə yararsız batareyaları utilizasiya üçün şirkət əməkdaşlarına təhvil vermişdirlər.
Yeni tədris ili ərəfəsində keçirilən bu tədbir zamanı uşaqların sevinc və marağına səbəb olan əyləncəli proqram da təşkil olunmuşdur, sonda uşaqlarla xatirə şəkili çəkilmişdir.
İnternet provayder və televiziya xidmətləri operatoru olan, "Kaspian Telekom" MMC-nin brendi Ailə TV tərəfindən gələcəyimizin təməli olan övladlarımıza daha yaxşı sabahlar bəxş edəcək bu tip sosial layihələrin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub.