Sosial məsuliyyət

Öz fəaliyyəti ilə cəmiyyətimizə faydalı olmağa çalışan, Ailə TV bir sıra layihələri dəstəkləyir.

Şirkət əməkdaşları talessemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədi ilə mütəmadi olaraq qanvermə və digər aksiyalarıda iştirak edirlər.

Ekoloji mühitin qorunmasına da xüsusi önəm verən komandamız mütəmadi olaraq yaşıllaşdırma və ağacəkmə, abadlıq işlərinə qatılır. Filiallarımızda yararsız batareyaların toplanma məntəqələri yaradılır.

Bundan əlavə, Ailə TV, müstəqilliyimiz və dövlətçiliyimiz uğrunda fədakarlıq göstərən soydaşlarımıza da xüsusi diqqət göstərir.

Belə ki, Ailə TV-nin analoq yayımı və ya rəqəmsal yayım baza paketi (Ailə paketi) digər abunəçilər kimi 10 azn-ə deyil, 5 azn-ə təklif olunur. 100 mbit/s sürətli internet xidmətinə güzəştli abunə isə aylıq 15 azn təşkil edir.

Bu tariflər 1-ci Qarabağ və 2-ci Qarabağ müharibəsi veteranları və əlilləri, 20 Yanvar və Qarabağ (I və II) müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri, 1-ci qrup əlillər və aztəminatlı ailələr üçün keçərlidir.

Ətraflı məlumat üçün 012 920 məlumat mərkəzi ilə əlaqə yaratmaq tövsiyə olunur.