RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

альтернативный текст

«Caspian Telecom» MMC-nin bir qolu olan «Caspian Servis» geniş spektrli texniki servis xidmətlərinin göstərilməsi ilə məşğul olur.

«Caspian Telecom» şirkəti artıq 20 ilə yaxın müddətdir ki, telekommunikasiya sahəsində fəaliyyət göstərir. Bu sahədə geniş təcrübəyə malikdir və praktik təcrübəli mütəxəsisləri vardır. Şirkətimizin malik olduğu maddi-texniki baza və təcrübəli kadrlar Fiber-Optik şəbəkələrdə yaranan problemləri qısa vaxtda həll etmək imkanı yaradır.

◊ Fiber optik şəbəkələrin qurulması:

Şirkətimiz şəhər tipli yaşayış və biznes mərkəzlərinin sürətli internetlə təmin olunması məqsədilə Fiber optik şəbəkənin qurulmasını (FTTH (Fiber optics to the home) və FTTB (Fiber optics to the building) nəzərdə tutur. Həmçinin tərəfimizdən binadaxili (Hotel, Yaşayış və qeyri-yaşayış) sahələrində koaksial  və internet üçün (CAT-6) kabel şəbəkəsinin qurulması nəzərdə tutulur.

◊ Fiber optik kabellərin qaynaq olunması:

Bütün fiber texnologiyaları informasiyanın  alınması və verilməsi məqsədi daşıyır. Ən yayılmış fiber tipləri şüşə və plastikdir. Bu tip fiber optik kabellərin bir-birinə bağlanması və ya zədələnməsi zamanı müxtəlif ölkələrin istehsalı olan yüksək dəqiqilyə  malik optik qaynaq edici avadanlıqdan istifadə olunur. Şirkətimiz  bu sahədə təcrübəli mütəxəsis bazasına malikdir.

Fiber optik kabellərin sonlanması:

Fiber optik kabellər serverlərdə telekommunikasiya şkaflarında, divara bərkidilən optik bokslarda və optik muftalarda  sonlanır.

◊ Fiber optik kabellərin muftalanması:

Fiber optik kabellər əsasən rabitə quyularında və uzun məsafəli rabitə dirəklərində muftalanır. Su keçirmə qabiliyyəti yoxdur və zədələnməyə davamlıdır. Optik muftaların üstünlüklərini nəzərə alaraq,fiber optik qaynaqçılarımız tərəfindən  müxtəlif yerlərdə və müxtəlif sahələrdə  istifadə edilir.

Fiber optik kabellərdə yaranan problemlərin aşkarlanması və aradan qaldırılması:

Fiber optik kabellərdə yaranan problemlərin aşkarlanması məqsədi ilə müxtəlif markalı OTDR tipli avadanlıqlardan geniş istifadə olunur. Bu avadanlıqlar məsafələri yüksək dəqiqliklə ölçür, bu da fiber optik kabeldə olan zədələnməni tez bir zamanda aşkarlamağa imkan verir.Mütəxəsislərimiz bu sahədə geniş təcrübəyə malikdir.

Sifarişçinin tələbatına əsasən təkliflərin hazırlanması:

Biz hər bir müştərinin sorğusuna uyğun individual yanaşma tətbiq edirik. Qoyulmuş tapşırığa əsasən analiz aparırıq və A-zan Z-yə hazır həll təklifi hazırlayırıq, lazım gəldikdə öz məsləhətlərimizlə də müştəri ilə bölüşməyə hazırıq.

Avadanlıqların quraşdırılması:

Optik avadalıqların, quraşdırılması və dəgər texniki işlərin görülməsi tərəfimizdən həyata keçirilir. Lakin Həmin quraşdırılmış avadnlıqların biz tərəfdən sazlanması nəzərdə tutulmayıb.

Xidmət sonrakı texniki dəstək xidmətləri:

Biz bütün gördüyümüz işlərə tam zəmanət veririk. Bundan əlavə hər bir quraşdırılmış avadanlığın, çəkilən optik kabellərin və digər işlərin sonrakı texniki servis və dəstək xidmətini təklif etməyə hazırıq.

 

Caspian Servis MMC

D. Aliyeva str. 251A
Baku, Azerbaijan, AZ1010
Tel:  (+994 55) 440 44 12

E-mail: servis@castel.az / servicecastel@gmail.com