RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

Ailə TV Rəqəmsal Kabel TV xidmətində yenilənmə

Kabel TV – Rəqəmsal yayımda daha yüksək keyfiyyətli xidmət üçün yenilənirik!

Müasir yayım standartına keçid ilə əlaqədar olaraq, 31 May saat 10:00-dan etibarən Rəqəmsal Kabel TV abunəçilərində yayım dayancaq. Buna səbəb rəqəmsal qəbuledicilərin yeni yayım parametrlərin keçməsidir. Abunəçilərdən xahiş olunur ki, rəqəmsal qəbuledicilərində ilkin ayarları qaytarıb, avtoaxtarış etsinlər.

Əgər resiveri zavd ayarlarına qaytarıb avtoaxtarış edəndən sonra yayım bərpa olmasa bu ardıcıllığa əməl etməniz xahiş olunur:

– Bu keçiddən keçin: aile.tv/resiver-yenilənmə

– Öz resiverinizi şəkildə seçin. (Əgər sizdə CAM moduldursa sadəcə avtoaxtarış edin düzələcək)

– Resiverinizi seçdikdən sonra orada müvafiq video təlimatları görəcəksiniz

– Sizə lazım olana əməl etsəniz bir neçə dəqiqəyə yayım bərpa olunacaqdır.

Əksər abunəçilərdə yayım resiveri sadəcə zavod ayarlarına qaytarıb avtoaxtarış etməklə bərpa olacaq.

Beynəlxalq təcrübələr də göstərir ki, yeni texnologiyaların tətbiqi zamanı keçid prosesində müəyyən fasilələrin yaranması qaçılmazdır.

Ailə TV Kabel Televiziyası operatoru olaraq, aparılan texniki yenilənmə və profilaktika işlərinə səbrlə yanaşan abunəçilərimizdən müvəqqəti narahatlığa görə üzr istəyirik, və bütün bu işləri maksimum qısa zamanda başa çatdırıb ən yüksək keyfiyyətli xidmətin təmin olunması istiqamətində səylə çalışırıq.