RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

Ailə TV-nin Yasamal filialı yeni ünvanda fəaliyyətə başlayıb

Bakıda və Abşeronda 7, Gəncədə isə 1 filial ilə abunəçilərə xidmət göstərən Ailə TV televiziya və internet xidmətləri operatorunun daha bir filialı Yasamal rayonunda yeni ünvana köçürülmüşdür.

Bu gündən etibarən Yasamal rayonunun sakinləri Elmlər Akademiyası m/st yaxınlığında, Şəfaət Mehdiyev küç. 14E ünvanında yerləşən yeni Ailə TV Yasamal filialının xidmətlərindən istifadə edə biləcəklər.

Yasamal filialının yenilənməsi münasibətilə xüsusi olaraq məhz Yasamal sakinləri üçün “Xoş Gəldin” kampaniyasına start verilmişdir. Kampaniya şərtlərinə əsasən bu ilin mart ayının sonunadək Ailə TV Kabel Televiziyası xidmətinə ilk dəfə qoşulan hər mənzilə bir aylıq abunə təmənnasız hədiyyə olunacaqdır.

Şirkət tərəfindən abunəçilərə eyniz zamanda fiber-optik interneti xidməti də göstərilməkdədir. Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək və ya aile.tv internet səhifəsinə daxil olmaq mümkündür.