RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

AZƏRBAYCANDA İLK DƏFƏ! 1 mbit/s internet ayda cəmi 50 qəpik

1 Sentyabr 2019-cu ildən etibarən Bakı və Gəncə şəhərində yüksək sürətli fiber-optik internetin qiyməti kəskin endirilmişdir. Belə ki, Ailə NET abunəçiləri eyni qiymətə daha sürətli və keyfiyyətli fiber-optik internetdən istifadə edəcəklər. İndi 36 mbit/s sürətli  fiber-optik internet ayda cəmi 18 azn təşkil edəcək, yəni 1 mbit/s internetin aylıq qiyməti cəmi 50 qəpikdən. Xatırladaq ki, indiyədək eyni qiymətə cəmi 15 mbit/s sürətli internet əldə etmək mümkün olurdu.

Daha yüksək sürətli Ailə NET internet tarif planlarında da ucuzlaşma müşahidə olunur. Artıq 56 mbit/s sürətli tarif planı 28 azn, 70 mbit/s isə 35 azn təşkil edir. 100 Mbit/s tarif planında isə aylıq abunə qiyməti cəmi 50 azn təşkil edir.

Ailə NET internet tarifləri: http://aile.tv/service_post/internet

Qeyd etmək lazımdır ki, internet tariflərinə tətbiq olunan bu həcmdə güzəşt Azərbaycanda ilk dəfə məhz Ailə NET internet provayderi tərəfindən tətbiq olunur.

Bundan əlavə, Ailə NET-in təqdim etdiyi fiber-optik internetə ilk dəfə qoşulan abunəçilərə güzəştli şərtlər də təklif olunur.

Belə ki, hər yeni ünvandan qoşulan abunəçi 2 ayın abunə haqqını öncədən ödəyərək 4 antenli Xiaomi WiFi Routeri hədiyyə qazancaq. Qoşulma zamanı kabel və xidmət haqqı da tamamilə pulsuzdur. Mövcud abunəçilər də yeni WiFi Router cihazı əldə edə bilərlər, lakin bunun üçün onlardan 6 ayın abunə haqqını öncədən ödəmək tələb olunur.

Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.