RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

Ailə TV Xırdalan filialı yeni ünvanda

Bakıda və Abşeronda 7, Gəncədə isə 1 filial ilə abunəçilərə xidmət göstərən Ailə TV televiziya və internet xidmətləri operatorunun daha bir filialı Xırdalan şəhərində yeni ünvana köçürülmüşdür. Bu gündən etibarən Xırdalan sakinləri Heydər Əliyev prospekti 31 (Kral MTK) ünvanında yerləşən yeni Ailə TV Xırdalan filialının xidmətlərindən istifadə edə biləcəklər.

Xırdalan filialının yenilənməsi münasibətilə xüsusi olaraq məhz Xırdalan sakinləri üçün “Xoş Gəldin” kampaniyasına start verilmişdir. Kampaniya şərtlərinə əsasən Oktyabr ayının sonunadək Ailə TV Kabel Televiziyası xidmətinə ilk dəfə qoşulan hər mənzilə bir aylıq abunə təmənnasız hədiyyə olunacaqdır.

Şirkət tərəfindən abunəçilərə eyniz zamanda fiber-optik interneti xidməti də göstərilməkdədir. Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək və ya aile.tv internet səhifəsinə daxil olmaq mümkündür.