RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

İki hədiyyədən birini seç, rəqəmsal yayıma keç

Ailə TV rəqəmsal yayıma keçid və rəqəmsal yayımdan daha keyfiyyətli istifadəni təmin etmək məqsədilə abunəçilərə xüsusi güzəştli şərtlər təklif edir.

İndi rəqəmsal yayım abunəçiləri 6 ayın abunə haqqımı öncədəm ödəməklə Ailə TV-dən müasir, HD yayımı dəstəkləyən resiveri hədiyyə əldə edəcəklər. Abunəçilər seçimlərindən asılı olaraq, HD Resiver əvəzinə CAM Modul cihazını da hədiyyə əldə edə bilərlər.

Yeni HD resiver vasitəsilə Ailə TV abunəçiləri əsas paketdə HD kanalların sayı artmaqda olan 115 TV kanal izləyə biləcəklər, eyni zamanda əlavə Ailə+ paketinə abunə olmaqla TV kanalların sayını 190-dək artırmaq da mümkündür ki, onların sırasında HD kanallar əksəriyyət təşkil edəcək.

Yeni HD resiver adi resiverlər qarşısında bir çox üstünlüklərə malikdir:

  • DVB-C standartlı yeni HD TV resiver HDMİ və USB portları ilə təhciz olunub ki, bunun nəticəsində yüksək keyfiyyətli görüntü və media palyer funksiyalarından istifadə mümkündür;
  • Yayımın USB yaddaş daşıyıcılarına yazılma imkanı var;
  • EPG (elektron proqram bələdçi) vasitəsilə nəinki kanalların proqramına baxa, həm də yayımlanacaq verilişləri proqramda seçərək ekranda xatırlatma təyin etmək olar;
  • Yeni HD Resiverin funksional menyusu, abunəçilərə Ailə TV kabel telviziyası xidmətlərindən daha rahat və operativ istifadə etməyə imkan verir;
  • Yeni HD TV resiverdə valideyin nəzarəti funksiyası da mükəmməlləşdirilib. Əgər əvvəlki modellərdə hər hansısa bir verlişə qadağa qoymaq üçün bütöv TV kanalı bağlamaq lazım gəlirdisə, yeni HD TV resiverdə müəyyən verlişə, müəyyən vaxt civarında qadağa qoymaq mümkündür;

CAM Modul cihazına gəldikdə isə, bu cihaz nisbətən yeni nəsil televizorlarda dəstəklənir və HD Resiverdən fərqli olaraq bir sıra üstünlüklərə malikdir:

  • Televizorun daxili rəqəmli TV-qəbuledicisi sayəsində daha keyfiyyətli təsvir;
  • Televizoru 1 pultla idarə etmə imkanı (əlavə pulta ehtiyyac yoxdur);
  • Televizora resiverin qoşulmaması (Resiver və onu televizora bağlayan kabel olmayacaq)