RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

Ailə TV Resiverini dəyiş HD yayıma keç

Ailə TV rəqəmsal yayıma keçid və rəqəmsal yayımdan daha keyfiyyətli istifadəni təşviq etmək məqsədilə abunəçilərə xüsusi güzəştli şərtlər təklif edir.

İndi rəqəmsal yayım abunəçiləri 6 ayın abunə haqqımı öncədəm ödəməklə və köhnə resiverlərini təhvil vermək şərti ilə Ailə TV-dən müasir, HD yayımı dəstəkləyən resiveri hədiyyə əldə edəcəklər.

Yeni HD resiver vasitəsilə Ailə TV abunəçiləri əsas paketdə HD kanalların sayı artmaqda olan 110-dan çox TV kanal izləyə biləcəklər, eyni zamanda əlavə Ailə+ paketinə abunə olmaqla TV kanalların sayını daha 75-dək artırmaq da mümkündür ki, onların sırasında HD kanallar əksəriyyət təşkil edəcək.

Yeni HD resiver adi resiverlər qarşısında bir çox üstünlüklərə malikdir:

  • DVB-C standartlı yeni HD TV resiver HDMİ və USB portları ilə təhciz olunub ki, bunun nəticəsində yüksək keyfiyyətli görüntü və media palyer funksiyalarından istifadə etmək mümkündür;
  • Yayımın USB yaddaş daşıyıcılarına yazılma imkanı var;
  • EPG (elektron proqram bələdçi) vasitəsilə bir-neçə müxtəlif proqramın rezervasiyası funksiyaları, yeni HD TV resiveri ən müasir tələblərə uyğun resiver edir;
  • Yeni HD Resiverin funksional menyusu, abunəçilərə Ailə TV kabel telviziyası xidmətlərindən daha rahat və operativ istifadə etməyə imkan verir;
  • Yeni HD TV resiverdə valideyin nəzarəti funksiyası da mükəmməlləşdirilib. Əgər əvvəlki modellərdə hər hansısa bir verlişə qadağa qoymaq üçün bütöv TV kanalı bağlamaq lazım gəlirdisə, yeni HD TV resiverdə müəyyən verlişə, konkret vaxt civarında qadağa qoymaq mümkündür;

Kampaniya 30.09.2018 tarixinədək keçərlidir.