RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

Ailə TV-də yeni TV kanal - Real TV

Ailə TV Rəqəmsal yayım baza paketinə və İPTV kanallar paketinə yeni TV kanal əlavə olunmuşdur.

İndi Real TV kanalını Ailə TV-nin bütün kabel tv-rəqəmal yayım və iptv abunəçiləri izləyə bilərlər. İPTV-də kanal ümumi siyahıda 10-cudur. Kabel TV-Rəqəmsal yayım abunəçiləri isə kanalı izləmək üçün “Avtoaxtarış” və ya 450 Mhz tezlikdə “Əl ilə axtarış” funksiyasından istifadə etməlidirlər.

Qeyd edək ki, Real TV fəaliyyətə bu il, martın 15-dən başlayıb. Telekanalın rəhbəri telejurnalist Mirşahin Ağayevdir. Real TV-də çalışanların əksəriyyəti sabiq ANS TV əməkdaşlarıdır.

Ümumilikdə isə Ailə TV kabel tv-rəqəmsal baza paketində 113 baxımlı TV kanal yayımlanır. Paketə aylıq abunə 10 AZN təşkil edir. Ailə TV-nin İPTV yayım növündə isə 200 TV kanal yayımlanır.