RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

Boulinq üzrə Azərbaycan çempionatının dəstəkçisi - Ailə TV

1 Aprel Boulinq üzrə Azərbaycan Çempionatının növbəti turu keçiriləcəkdir.

Azərbaycan boulinq federasiyasının mətbuat katibi Nail Əliyevin açıqlamasına əsasən turnir Gənclik Mall-da yerləşən, ONTOP Bowling mərkəzində keçiriləcəkdir.

Yeni reqlamentə əsasən ötən illərdən fərqli olaraq bu mövsüm idmançılar altı deyil, səkkiz tur yarışacaqlar. Aprelin 22-si 8-ci yekun tur keçiriləcəkdir, Mayın 13-ü isə Azərbaycan Kuboku uğrunda mübarizəyə start veriləcəkdir.

Qeyd edək ki, Boulinq üzrə Azərbaycan çempionatının rəsmi tərəfdaşı Ailə TV televiziya və internet xidmətləri operatorudur. Yarışın qaliblərinə Ailə TV tərəfindən qiymətli hədiyyələr təqdim olunacaqdır. Eyni zamanda yarışın digər tərəfdaşları Part-a-Part, Choko Time və Az-Granata brendləridir.