RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

Ailə NET internet sürətini artırır. 15 mbit/s internet indi ayda cəmi 18 azn.

Ailə NET-dən Novruz bayramı ərəfəsində yenilik. Baharın gəlişi ilə internet tariflərini təzələyən provayder, qiymətləri daha sərfəli edib.

17 Mart 2018-ci il tarixindən etibarən Ailə NET abunəçiləri eyni qiymətə daha sürətli fiber-optik internetdən istifadə edəcəklər. Belə ki, aylıq 18 azn təşkil edən, minimal 10 Mbit/s internet tarifi artıq 15 Mbit/s-dək daha sürətli olacaq. Gecə saatları isə, 00:00-dan 12:00-dək sürət daha da artaraq 30 Mbit/s-dək yüksələcək.

Daha yüksək Ailə NET internet tariflərində də sürət artımı olmuşdur, yenilənmiş tariflərlə ətraflı http://aile.tv/tariffs internet səhifəsində tanış olmaq mümkündür.

Bundan əlavə, Ailə NET-in təqdim etdiyi fiber-optik internetə ilk dəfə qoşulan abunəçilərə güzəştli şərtlər də təklif olunur. Belə ki, hər yeni ünvandan qoşulan abunəçi 2 ayın abunə haqqını öncədən ödəyərək 4 antenli Xiaomi WiFi Routeri hədiyyə qazancaq. Qoşulma zamanı kabel və xidmət haqqı da tamamilə pulsuzdur.

Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.