RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

Ailə TV-də yeni telekanal - Dalğa TV

“Xəzər Media Center”in tərkibində fəaliyyətə başlamış Dalğa TV-də dünyaca məşhur serial və filmlər yayımlanacaq. Bu haqda Xəzər TV-nin proqramlar departamentinin rəhbəri Kənan Bayramov məlumat verib:

“Dalğa TV dünya bestsellerlərini Azərbaycana gətirir. Telekanalda Azərbaycan dilinə tərcümə olunmuş lisenziyalı məhsullar nümayiş olunacaq. K.Bayramov Dalğa TV-də yayımlanacaq film və seriallardan da söz açıb:
“Azərbaycanda yetəri qədər sevilən, lakin heç vaxt nümayiş olunmayan serialları nümayiş etdirəcəyik. Bunlar Braziliya, Meksika, Hindistan, Kolumbiya, Amerika və Türkiyə istehsalıdır.
Serial və filmlərin ana dilimizə dublyaj olunmasına səbəb odur ki, biz bir başa şirkətlə danışıb filmlərin yayımı üçün icazə alırıq. Yəni, internet versiya yayımlamaq fikrimiz yoxdur.
Filmin başqa dildə efirə verilməsi qeyri-qanuni sayılacaq. Əgər kino və ya serial rus dilində yayımlansa, deməli, Rusiya bazarına girmiş oluruq. Biz piratçılıq yolu ilə film izlətmək istəmirik”.

Qeyd edək ki, Dalğa TV bu gündən etibarən Ailə TV Rəqəmsal Kabel TV xidmətində əsas (Ailə) paketində yayımlanır. 5 Dekabradək kanal Ailə TV-nin İPTV xidmətində də yayımlanmaqa başlayacaq.

Kanalların xidmətlər və paketlər üzrə siyahısı: http://aile.tv/channels