RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

Ailə TV mobil əlavəsi istifadəyə verildi

İndi Ailə TV-nin İPTV xidmətindən tək televizorlarda deyil həm də android əməliyyat sistemində çalışan bütün digər cihazlarda da istifadə mümkündür.

Ailə TV mobil əlavəsini Play Store-dən yükləməklə abunəçilər, 200 TV kanalı öz smartfonlarında, planşetlərində və android televizorlarında izləyə bilərlər. Üstəlik hər bir telekanalda 3 günədək vaxtı geri çəkərək, təkrar izləmə imkanı da mövcuddur.

Xatırladaq ki, Ailə TV-nin İPTV xidmətinə aylıq abunə 10 azn təşkil edir. Xidmətdən 2 Mbit/s və üzəri internet olan dünyanın istənilən yerində istifadə mümkündür.

İlkin qoşulma zamanı yeni abunəçilər ekrandaca qeydiyyatdan keçməlidirlər. SMS vasitəsilə qeydiyyatı təsdiq etdikdən sonra xidmətdən rahat istifadə edəcəklər.

Ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.