RU EN

Haqqımızda:

Ailə TV, Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkət...

Daha ətraflı >>>

İnter AZ kanalı Ailə TV-nin İPTV xidmətində

Ailə TV-nin İPTV xidmətində İnter AZ kanalının yayımı bərpa olunmuşdur.

Dünya azərbaycanlıları kanalı olan, İnter AZ ölkəmizin sərhədlərindən kənarda fəaliyyət göstərən ilk Azərbaycan kanalıdır. Telekanalın məzmunu tamaşaçılarına əsasən azərbaycançılığı, Azərbaycan dili, mədəniyyəti, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etməkdən ibarətdir.

Qeyd etmək istəyirik ki, Ailə TV-nin İPTV xidmətində 200-dək TV kanal yayımlanır. Bu kanallardan 12-si yerli, qalanları isə ən baxımlı Türk, Rus və digər xarici kanallardır. Kanalların tam siyası ilə aile.tv saytından tanış olmaq mümkündür.

Ailə TV-nin İPTV xidmətinə qoşulmaq üçün sadəcə Ailə TV Player cihazı əldə etmək kifayətdir.