AİLƏ NET İNTERNETİN SÜRƏTİNİ ARTIRIR

İnternet provayder Ailə NET sentyabr ayının 15-dən  minimal internet qoşulmanın sürətini 5 mb/s-ə qaldırır. Bu zaman aylıq abunə haqqları dəyişməz qalacaq.

Xüsusi tariflərə əsasən Ailə TV abunəçiləri, 5 mb/s internetə görə aylıq 13 AZN ödəyəcəklər.

Qeyd edək ki, hal-hazırda, ən son texnologiyalardan istifadə edən Ailə NET, abunəçilərə 100 mb/s-dək internet qoşulma təklif edir.

Eyni zamanda Ailə NET, əhatə dairəsinin genişləndirilməsi istiqamətində də işlər aparır. Görülən işlərin nəticəsi olaraq internet provayderin əhatə dairəsinə Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı, o cümlədən Hövsan qəsəbəsi, Sabunçu rayonun Bakıxanov qəsəbəsi, Səbail rayonun bir hissəsi, eləcə də Gəncə şəhəri, o cümlədən Yeni Gəncə qəsəbəsi də əlavə olunub.

Caspian Telecom şirkətinin brendi olan Ailə NET internet provayderi 2011-ci ildən fəaliyyət göstərir və Azərbaycanda fiber-optik şəbəkələrin və internet xidmətlərinin inkişafı, genişlənməsi və təkmilləşdirilməsi istiqamətində müxtəlif layihələrin reallaşdırılması işlərini öz üzərinə götürüb.

aile nteyay kampaniyasi

13.08.2014