AİLƏ TV YENİ IPTV PLAYER CİHAZINI TƏQDİM EDİR!

Ailə TV dünyanın istənilən yerində kabelsiz və antensiz, İP TV xidməti təqdim edir. Qoşulmaq üçün internet və Ailə TV Player cihazının olmaslı kifayətdir.

Minimum 2 Mbit/s itenternetlə Ailə TV Player-i televizora qoşub, 200-dək TV kanal izləmək olar. Bu TV kanalların bir-çoxu üçün, 3 günlük təkrar izləmə imkanı da var.

Yeni Ailə TV Player cihazı android 5.1 əməliyyat sistemində çalışır və sələfindən fərqli olaraq bir neçə üstünlüklərə malikdir.

Bu üstünlüklərdən 4K keyfiyyətli video görüntün dəstəklənməsi, iki dəfə daha artıq (8 GB flash yaddaşa və 4 usb çıxışa malik olması), SPIDF – ev kinoteatrı texnologiyasının dəstəklənməsi imkanlarını qeyd etmək olar. Yeni Ailə TV Player cihazları əvvəlkilərdən fərqli olaraq android tv interfeysinə uyğun hazırlanıb ki, bu da istifadəçilər üçün daha üstün komfortu və funksionallığı təmin edir.

Ailə TV Playerlə abunəçilər sevimli TV kanalları dünyanın hər yerində izləyə bilərlər. Kabel və sputnik televiziyalarından istifadə etmək imkanı olmayanlara bu xüsusilə əlverişli bir həll yoludur.

Ailə TV player-i Ailə TV filiallarından, Music Gallery, Kontakt Home və Maxi.Az elektronika mağazalarından əldə etmək olar. Eləcə də 012 920 qaynar xəttinə zəng edərək də sifariş vermək mümkündür.

Qiyməti 59 AZN olan Ailə TV Playerlə abunəçilər ilk 3 ay 200-dək TV kanalı PULSUZ izləyəcəklər. Daha sonra isə 200 TV kanal izləmək üçün aylıq abunə haqqı 10 AZN təşkil edir.

Abunə haqqlarını posterminallar, Ailə TV filialları və ya aile.tv, goldenpay.az, hesab.az saytlarında onlayn keçirmək mümkündür.

Ailə TV player Banner 2 fb reklam az

21.11.2016