AİLƏ TV-DƏ YENİ TV KANAL

Ailə TV Rəqəmsal yayım baza paketinə yeni TV kanal əlavə olunmuşdur.

İndi ARB Günəş TV kanalını Ailə TV-nin bütün rəqəmal yayım abunəçiləri izləyə bilərlər.

Uşaqların sevimli yerli TV kanalı olan ARB Günəş-i əlavə etməklə Ailə TV Rəqəmsal yayımda uşaq TV kanallarının sayını 10-a çatdırdı.

Ümumilikdə isə Ailə TV rəqəmsal baza paketində 10 HD olan 110 TV kanal baxımlı yayımlanır. Paketə aylıq abunə 10 AZN təşkil edir. Eləcə də abunəçilər öz istəkləri ilə əlavə 75-dək TV kanal da seçə bilərlər.

Xatırladaq ki, Rəqəmsal yayımın analoq yayımdan əsas fərqi daha keyfiyyətli görüntü olmaqla çoxlu sayda TV kanal izləmək imkanın olmasıdır.

Rəqəmsal yayıma keçidi sürətləndirmə məqsədilə Ailə TV mütəmadi olaraq həvəsləndirici kampaniyalar keçirlir.

Hal-hazır Cəmi 10 ayın abunə haqqını öncədən ödəməklə tam 1 il rəqəmsal yayımda 100-dən çox TV kanal izləmək mümkündür. Üstəlik rəqəmsal yayıma keçid üçün tələb olunan CAM Modul cihazı da bu halda abunəçiyə hədiyyə olunur.

22.10.2016