Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home/a/ailetv/AILETV/public_html/functions/database.php on line 6
Ailə TV 8 İl Sizinlə! | Aile.tv

AİLƏ TV 8 İL SİZİNLƏ!

Aprelin 17-si Azərbaycanın qabaqcıl TV kontent operatorlarından olan, Ailə TV-nin yaranmasının 8 illiyi tamam olur.

Caspian Telecom şirkətinin ticarət nişanı, Ailə TV, yarandığı ilk gündən ən qabaqcıl texnologiyalara əsaslanaraq Bakı və Gəncə şəhərinin sakinlərinə yüksək keyfiyyətli kabel televiziyası xidmətləri göstərir.

Bu müddət ərzində Ailə TV Azərbaycanda optik şəbəkə üzərindən xidmət göstərən ilk TV kontent operatoru olmuşdur. Bundan əlavə Ailə TV ölkəmizdə ilk dəfə rəqəmsal və HD yayım da tətbiq etmişdir.

Yaranmasının 8-ci ilində Ailə TV abunəçiləri daha bir neçə yeniliklərlə sevindirəcəkdir.

Daim abunəçilərinin məmnuluğu və rahatlığı üçün çalışan Ailə TV 24 saat fasiləsiz fəaliyyət göstərən Müştəri Xidmətləri məzrkəzinə malikdir. Xidmətlərin ödənilməsi onlayn rejimdə bank kartı vasitəsilə, pay point ödəmə sistemləri vasitəsilə, easy pay terminalları və filiallarda mümkündür.

Qeyd etmək lazımdır ki, təqdim olunan xidmətlər növünün artırılması və ən qabaqcıl texnologiyalardan istifadə ilə yanaşı, Ailə TV mütəmadi olaraq təqdim olunan TV kontentin çeşidini genişləndirir və abunəçilərin tələblərinə uyğun yenilənməkdədir.

17.04.2015