AİLƏ TV HD-TELEKANALLARI ƏSAS TV-PAKETƏ DAXİL ETDİ

Rəqəmsal yayıma keçidin stimullaşdırılması məqsədilə Ailə TV  kabel televiziyası növbəti kampaniyaya start vermişdir.

İndi Ailə TV Rəqəmsal yayım abunəçiləri 10-u HD olan, 110-dan çox telekanal izləmə imkanı əldə edəcəklər.

HD telekanalları izləmək üçün abunəçilərin öz resiverlərindən avtoaxtarış etmələri tələb olunur. Qeyd etmək lazımdır ki, HD yayımı yalnız Ailə TV-nin yeni resiverləri və CAM modul cihazları dəstəkləyir.

Elə məhz Ailə TV-ni seçən vətəndaşların daha çox rəqəmsal yayıma üstünlük verdiklərini nəzərə alaraq kabel televiziyası yeni kampaniyaya başlamaq və abunəçilərə güzəştli şərtlər çərçivəsində rəqəmsal yayıma qoşulmaq üçün ən müxtəlif imkanlar təqdim etmək qərarına gəlib.

Ən son texnologiyalardan istifadə etməklə, abunəçilərə keyfiyyətli yayım təqdim etmək və operativ xidmət göstərməyi prioritet məqsəd hesab edən Ailə TV, stimullaşdırıcı kampaniyaları daim davam etdirir və abunəçilərə telekommunikasiya sahəsində ən son xidmətlər təklif edir.

10 HD pulsuz - banner

19.04.2016