AİLƏ TV-DƏN AİLƏ NET ABUNƏÇİLƏRİNƏ GÜZƏŞT!

Genişzolaqlı fiber optik internet xidmətinə keçidin stimullaşdırılması məqsədilə Ailə TV növbəti kampaniyaya start verir.

İndi Ailə TV abunəçiləri Ailə NET fiber-optik internet xidmətinə ilk dəfə qoşulduqları halda TV xidmətindən abunə olduqları tarif üzrə 1 ay pulsuz istifadə edəcəklər.

Bundan əlavə, 3 aylıq abunə haqqını öncədən ödəyən Ailə NET abunəçiləri WIFI routeridə (TP – LİNK 740) pulsuz əldə edəcəklər.

Bununla da kampaniyadan faydalanaraq TV və NET xidmətlərinə 3 aylıq qoşulan abunəçilər 113 AZN əvəzinə 74 AZN ödəyirlər və 39 AZN qənaət edirlər.

Kampaniya 31.03.2016 tarixinədək qüvvədədir.

Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Eyni zamanda internet bağlantının yaradılması üçün modemə də ehtiyyacın olmamasıdır.

Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internet xidmətlərindən istifadəyə imkan yaradır. Ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Bu da yüksək sürətli internet deməkdir.

Genişzolaqlı fiber optik internet xidmətləri təklif edən Ailə NET internet provayderdiri, abunəçilərə 8 mbit/s-dən 100 mbit/s-ə qədər yüksək sürətli internet xidmətləri göstərmək imkanına malikdir. Hal-hazırda Ailə NET Bakı və Gəncə şəhərlərində genişzolaqlı internet qoşulma tətbiq edir.

04.03.2016