AİLƏ TV BAKU TEL 2015 SƏRGİSİNDƏ İŞTİRAK ETDİ

2 dekabr tarixindən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Expo Mərkəzində ziyarətçiləri qəbul edən "Bakutel 2015" XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi bu gün öz işini yekunlaşdırdı.

Builki sərgidə 200-dən artıq şirkət iştirak edib. Caspian Telecom şirkəti də bu sərginin iştirakçılarındandır. Artıq 4-cü ildir ki, həmin sərgidə iştirak edən Caspian Telecom şirkəti Ailə TV və Ailə NET brendləri ilə təmsil olundu. Şirkət bir yeniliklə də sərgi iştirakçılarını sevidnirib. Belə ki, sərgidə Ailə TV-nin yeni İPTV xidməti də təqdim olundu. Ailə TV-nin İPTV xidməti bir çox üstünlükləri hesabına sərgi iştirakçılarının marağına səbəb oldu.

Baku Tel 2015 - 1

05.12.2015