SENTYABRIN 1-DƏN AİLƏ TV KANALLAR PAKETİ YENİLƏNƏCKDİR

2015-ci il sentyabr ayının 1-dən kabel televiziyası operatorlarında baza paketinə görə aylıq abunə haqqı 10 AZN  tətbiq olunacaqdır.

Baza paketində tarif dəyişikliyinə səbəb ilk növbədə məzmunlu və daha keyfiyyətli televiziya yayımın təmin olunmasıdır. Belə ki, tarif dəyişikliyindən sonra rəqəmsal yayım baza paketində müxtəlif mövzuları əhatə edən ən baxımlı, əhali arasında yüksək tələbata malik telekanallar cəmləşəcəkdir. Bundan əlavə baza paketinə daxil olan müəyyən telekanallar bir neçə dildə yayımlanacaqdır.

Tarif dəyişikliyi ilə yanaşı kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir. Bununla bağlı telekanalların yayımında vahid standartların işlənməsi, ən qabaqcıl texnologiyaların tətbiqi, kabel televiziyası operatorlarının əhatə dairəsinin genişləndirilməsi və digər texniki məsələlərin icrasına başlanmışdır.

Tarif dəyişikliyi 01.09.2015 tarixindən qüvvəyə minəcəkdir. Bu tarixədək abunəçilər hazırki, 9 AZN tarifinə uyğun olaraq kabel televiziyası xidmətlərindən istifadə edəcəkdir.

05.08.2015