FAQ

KABEL TV

 

  1. Mən sizin abunəçiniz olmaq istərdim bunun üçün  nə etməliyəm?

- Sadəcə 920-yə zeng etməlisiniz. Və ya online sifariş göndərməlisiniz.

 

  1. Sizin TV xidmətlərinizin ödənişi nə qədərdir?

- Qoşulma pulsuzdur. Çəkilən kabelin ilk 20 metrəsi pulsuzdur. Aylıq abunə haqqı 10 AZN.

 

  1. Sizdə neçə cür yayım seçimi var?

Bizdə hal hazırda üç yayım seçimi var:
Analoq - yayım
Rəqamsal - yayım (HD yayım dəstəklənir)
IP TV – yayım (HD yayım dəstəklənir)

 

  1. Ailə TV-də hansı TV kanallar və paketrlər mövcuddur?

- Analoq yayımda 65 TV kanal yayımlanır. Əlavə paket seçimi yoxdur.
- Rəqəmsal yayım Ailə paketinə 110 TV kanal daxildir. Əlavə olaraq Fərdi paketə abunə olmaqla 75 TV kanal izləmək mümkündür.
- IP TV yayım növündə isə 200-dək TV kanal yayımlanır.
- Əlavə olaraq hər yayım növündə populyar radio kanalları dinləmək mümkündür.
TV kanallar və kanal paketləri haqqında ətraflı məlumatı saytımızın kanallar bölməsinədən əldə edə bilərsiniz.

 

  1. Fərdi (Həyət) evlərinin sakinləri xidmətlərinizə qoşula bilər?

- Həyət evlərinin sakinləri yalnız Ailə İP/OTT TV xidmətinə qoşula bilərlər. Bunun üçün tələb olunan yeganə şərt 2 mbit/s-dən artıq stabil internet bağlantının olmasıdır.

 

  1. Qoşulma neçə dəqiqə çəkir?

Hər qoşulma müddəti individual şəkildə təyin olunur, lakin standart qoşulma təxminən 15-20 dəqiqə çəkə bilər.

 

  1. Hansı şəhər və rayonlarda sizin filiallarınız var?
  2. 1. Nəsimi filialı – (Nəsimi rayonu, Mikrorayonlar)
    2. Nərimanov filialı – (Nərimanov rayonu)
    3. Yasamal filialı – (Yasamal, Nəsimi və Səbail rayonları)
    4. Nizami filialı – (Nizami rayonu)
    5. Xətai filialı – (Xətai rayonu)
    6. Suraxanı filialı – (Suraxanı və Sabunçu rayonları, Bakıxanov qəsəbəsi)
    7. Bakıxanov filialı – (Bakıxanov qəsəbəsi)
    8. Suraxanı filialı – (Suraxanı və Sabunçu rayonları, Bakıxanov qəsəbəsi)
    9. Xırdalan filialı – (Abşeron Gənclər Şəhərciyi)
    10. Gəncə filialı – (Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi)

 

  1. Rəqəmsal yayıma qoşulmaq üçün nə tələb olunur?

- Bunun üçün HD resiver və ya CAM modul tələb olunur, HD resiverin qiyməti 59 AZN, CAM modulun qiyməti isə 49 AZN təşkil edir.

 

  1. Analoqla rəqəmsal yayımın fərqi nədədir?

- Rəqəmsal platforma yüksək keyfiyyətli yayım və səs, daha geniş kanal mövcudluğu, əlverişli paketlərə qoşulma imkanı, elektron proqram bələdçisi və digər xidmətər təklif edir. Rəqəmsal yayımı  əslində analoq yayımından daha əlverişli və ucuzdur. Rəqəmsal yayımda baza Ailə paketi 110 kanal olaraq 10 AZN təşkil edir, bu da analoqda yayımlanan eyni abunə haqqı təşkil edən cəmi 65 kanal baxmağa imkan verir.

 

  1. 65 kanaldan hamısına deyil, bir neçəsinə qoşulub onların pulunu ödəmək olarmı?

- Xeyr, bu mümkün deyil.

 

  1. Analoqda kanalları koda salmaq olur?

Analoq yayımda TV kanallar açıq şəkildə yayımlanır.

 

  1. Xidmətlərinizə əlavə televizoru qoşmaq üçün nə tələb olunur?

Analoq yayıma qoşulduqda: 
Əlavə aylıq abunə haqqı 2 AZN olacaq
Spliter (paylayıcı) əldə etmək lazımdır – 5 AZN
Kabel ödənişlidir – 1m. = 30 qəpik
Rəqəmsal yayıma qoşulduqda: 
Əlavə aylıq abunə haqqı 4 AZN olacaq
Rəqəmsal qəbuledici əldə etmək lazımdır – 59 AZN
Spliter (paylayıcı) əldə etmək lazımdır – 5 AZN
Kabel ödənişlidir – 1 m. = 30 qəpik

 

  1. Nəyə görə sizdə TV proqram qəzetdə yayımlanmır?

- Abunəçilərimizə bütün faydalı məlumatlar Elektron Proqram Bələdçisi vasitəsi ilə təqdim edilir.

 

  1. Telekanalları dəyişib yerinə başqa kanal seçmək olar?

Rəqəmsal yayımda abunəçilərə Fərdi paket təqdim olunur. Bu paketə abunə olmaqla əlavə 75-dək TV kanal izləyə bilərsiniz.

 

  1. Şirkətin xidmətlərindən imtına etdikdən sonra rəqəmsal qəbuledicini qaytarmaq olar?

Xeyr, rəqəmsal qəbuledici müqavilənin şərtlərinə əsasəm ayrıldıqdan sonra geri qaytarılmır.

 

  1. Qoşulma zamanı istifadə olunan kabelin metrajı nə qədər olur?

- Hər qoşulma zamanı istifadə olunan kabelin metrajı individual şəkildə hesablanır. Orta hesab ilə qoşulma zamanı 20-40 metr kabel sərf olunur.

 

  1. Nəyə görə kabelimi kəsmisiniz?

- 7 gün ərzində ödəniş keçirilmədikdə xəttiniz əməkdaşlarımız tərəfindən sistemden ayırılır.

 

  1. Ayrılıb/Yoxlanmış abunəçilər: Nəyə görə mən bu gün ödənişi keçirib sabah qoşulmalıyam?

- Sizinlə bağladığımız müqaviləyə əsasən sistemdən ayırılan zaman yenidən qoşulma yalnız ödəniş keçirildikdən sonra 3 gün ərzində həyata keçirilə bilər. Əksər hallarda bu 24 saat ərzində həyata keçirilir.

 

  1. Bizim qoşulma və abunə haqqımız nəyə görə fərqlidir?

- Müəyyən MTK və kooperativ bina rəhbərlikləri ilə razılaşmaya əsasən abunə və qoşulma haqqları standart tariflər ilə yanaşı MTK və kooperativ binaların əlavə xərcləri nəzərə alaraq əlavə ödəmələr MTK və kooperativ binaların hesabına keçirilir.

 

  1. Abunə haqqlarını hansı üsullarla ödəmək olar?

- Ailə TV rəqəmsal abunəçiləri aşağıdakı üsullarla ödəniş edə bilərlər: Ailə Tv saytından, Golden Pay ödəniş sistemi vasitəsi ilə, Easy Pay ödəniş sistemi vasitəsi ilə, PayPoint posterminalları vasitəsi ilə, Ailə TV filialları və İnkassator sifarişi vasitəsilə.

 

  1. Qoşulma zamanı əgər mənim rəqəmsal qəbuledicim varsa, onu sizdən almaya bilərəm?

- Əgər sizin öz Ailə TV rəqəmsal qəbulediciniz varsa onu istifadə edə bilərsiniz. Sadəcə olaraq smart kartınızı yeni ünvan üçün qeydiyyatdan keçirməlisiniz.
Yox, əgər rəqəmsal qəbulediciniz digər şirkətə məxsusdursa, bu resiver bizim samrt kartı dəstəkləmiyəcək.

 

 

  1. Əgər mənim resiverimin pultu xarab olubsa, və ya resiverin smart kartı yanıbsa nə etməliyəm?

- Ailə TV filialına yaxınlaşmalısınız. Yeni pultun qiyməti: 10 AZN. Smart kartın əldə edilməsi: 10 AZN.

 

  1. HD Resiveri CAM modula dəyişmək olar?

- Xeyr.

 

  1. Abunəçi sizin xidmətlərə yeni qoşulduqdan sonra imtina edərsə, ödənişi geri qaytarılır?

- Yeni qoşulan abunəçilər 3 gün ərzində xidmətlərimizdən imtina edə bilərlər. Bu zaman çəkilən kabelin pulu (o cümlədən 20 metr pulsuz çəkilən kabelin dəyəri) və xidmətlərimizdən isitfadə olunan müddət nəzərə alınaraq qalan məbləğ abunəçiyə geri qaytarılır.

 

İNTERNET

 

  1. Ailə NET abunəçilərə neçə Mbit/s sürət təqdim edir?

- Ailə NET abunəçilərə 10 mbit/s -dən 100 mbit/s-ə qədər limitsiz, yüksək sürətli internet xidmətləri göstərmək imkanına malikdir.

 

  1. Ailə NET – in digər provayderlərdən üstünlüyü nədən ibarətdir?

- Ailə NET-in istifadə etdiyi texnologiyanın üstün cəhəti internetə qoşulmaq üçün heç bir telefon qovşağından istifadə edilməməsidir. Eyni zamanda internet bağlantının yaradılması üçün modemə də ehtiyac yoxdur. Yükləmə sürətləri (upload, download) tarifə uyğun internet sürətinə bərabər olur.

 

  1. Fiber optik internet nə deməkdir?

Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradır. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkisi olmur. Yükləmə sürətləri (upload, download) provayder tərəfindən verilən internetin sürətinə bərabər olur.

 

  1. Ailə TV abunəçiləri üçün Ailə NET-in xüsusi tarifləri mövcuddurmu?

- Xeyr, Ailə TV və Ailə NET xidmətlərinə qoşulan abunəçilərə təqdim olunan güzəştli şərtlər 10.01.2016 tarixindən qüvvədə deyil.

 

  1. Ailə NET – də nəyə görə abunəçinin ip-si tez-tez dəyişir?

- Ailə NET abunəçilərinə dinamik ip təqdim olunur. Statik ip əldə etmək üçün filiala yaxınlaşa bilərsiniz. Statik ip üçün aylıq abunə haqqı 5 AZN təşkil edir.

 

  1. Ailə NET – də wireless rejimdə istifadə etmək mümkündürmü?

- Bəli bunun üçün wifi router əldə etməlisiniz. Əgər sizin öz routeriniz varsa ondan istifadə etmək mümkündür. Nəzərinizə çatdırırıq ki, AiləNET internet xidmətindən istifadə etmək üçün ADSL modemlər uyğun gəlmir.

 

  1. Ailə NET – dən istifadə etmək üçün modemə ehtiyyac var?

Xeyr, fiber optik kabel birbaşa kompüterə və ya WiFi routerə qoşulur.

 

  1. Ailə NET internet xidmətinin telefon xətləri ilə əlaqəsi var?

- Xeyr, Ailə NET – in öz fiber optik şəbəkəsi var və telefon xətlərinə heç bir aidiyyatı yoxdur.

 

  1. Ailə NET - də internet ayarlarını yenidən quraşdırmaq lazım gələrsə bunu necə etmək olar?

- Bunun üçün Ailə TV müştəri xidmətlərinə zəng edib help desk şöbəsinə müraciət etməlisniz. Əgər problem aradan qaldırmaq mümkün olmasa texnik sifariş etməlisiniz. Sifariş haqqı 5 AZN.

 

  1. Qeyri yasayis sahələrində internet xidmətinə görə ödəniş hansı qaydada aparılır?

- Qeyri yaşayış sahələrimdə daha çox internet trafik sərf olunduğundan abunə haqqları fərqliolur. Əlavə məlumat üçün (012)920 Zəng mərkəzinə müraciət edə bilərsiniz.

 

IP TV

 

  1. IP TV xidmətinə qoşulmaq üçün nə tələb olunur?

- İlk növbədə 2 Mbit/s-dən yüksək stabil internet bağlantı tələb olunur. Həmin şəbəkədə internetə qoşulmuş əlavə avadanlıqlar ümumi internetin sürətinə təsir edir.

Televizor vasitəsilə izləmək üçün: Xüsusi avadanlıq - Ailə TV Player tələb olunur. Abunəçi 59 AZN-ə Ailə TV Player əldə etməklə 3 AY Ailə paketini (200-dək TV kanalı) PULSUZ izləmək hüququ qazanır.
Ailə TV Player-i 012 920 zəng edərək və ya rəsmi dilerlərimiz, o cümlədə Ailə TV filiallarından əldə edə bilərsiniz.

 

  1. Qoşulma və abunə şərtləri necədir?

Ailə TV Player əldə etməyiniz kifayətdir. Dəstə daxil Ailə Kartdakı istifadəçi adı və şifrəni daxil edərək sistemə daxil olursunuz və 3 ay pulsuz izləyirsiniz.
Daha sonra hər ay minimum 10 AZN ödəyərək Ailə TV xidmətinə abunə ola bilərsiniz.
Abunə haqqını keçirmədiyiniz halda xidmət dərhal dayandırılır, lakin Ailə TV Playerdən pulsuz olaraq tam funksional android qurğu kimi istifadə etmək olar.
Ödəniş etdikdən sonra Ailə TV xidmətimizdən istifadə etməyə davam edə bilərsiniz.

 

  1. Sizdə neçə TV kanal var və hansı paketlər üzrə bölünüb?

- Ailə paketinə 200 TV kanal daxildir və aylıq abunə 10 AZN təşkil edir. Əlavə olaraq abunəçi 18+ paketinə də abunə ola bilər.

 

  1. Dilerinizdən əldə edəcəyim avadanlığı kim quraşdıracaq?

Dəstə daxil təlimat kitabçasına baxaraq, avadanlığı özünüz quraşdıra bilərsiniz.
Ailə TV Playerin quraşdırmaqda suallarınız yaranarsa (012) 920 Məlumat Mərkəzinə zəng edərək texniki dəstək ala bilərsiniz.

 

  1. Bir istifadəçi adı ilə eyni anda bir neçə televizorda Ailə TV-ni izləmək mümkündürmü?

- Xeyr. Bir İstifadəçi adı və şifrə ilə yalnız bir televizorda xidmətlərimizdən istifadə edə bilərsiniz.

 

  1. Mənim Ailə TV Playerim işləmirsə onu dəyişmək olar?

- Əgər əldə etdiyiniz Ailə TV Player-də ilk 3 gün ərzində hər hansısa bir nasazlıq aşkarlanarsa Ailə TV mərkəzi filialına yaxınlaşıb müraciət edə bilərsiniz.

 

  1. Ailə TV üçün əlavə avadanlığı haradan əldə edə bilərəm?

aile.tv internet səhifəsində shop bölməsinə daxil olun və ya 012 920 zəng edin, istədiyiniz avadanlığı seçib, sifariş edin.

 

  1. Xidmətlərinizə necə abunə ola bilərəm?

- Xidmətlərimizə qoşulmaq üçün Ailə TV Player əldə etməyiniz kifayətdir. Ailə TV Player-i Ailə TV filialları və bizim diler dükanlarımızdan əldə edə bilərsiniz. Bundan əlavə aile.tv internet səhifəsinə daxil olaraq qoşul düyməsini seçib  online qoşulma da sifarişi edə bilərsiniz.

 

  1. Xidmətlərinizə abunə müddəti nə vaxt başlayır?

- Ailə TV Player-i əldə etdiyinizdə Sizə 3 ay abunə müddəti hədiyyə olunur. Bu müddət İstifadəçi adı və Şifrənizi daxil edərək ilk qoşulduğunuz gündən etibarən hesablanır.
Abunə müddətini artırmaq üçün ayrlar -> şəxsi kabinetinizə daxil olaraq TV paketlərimizə abunə ola bilərsiniz.

 

  1. Xidmətlərinizdən istifadə üçün balansımı necə artıra bilərəm?

- Ödənişi E-Manat terminalları vasitəsilə, eləcə də aile.tv və hesab.az, portmanat.az saytlarında keçirmək mümkündür.
Ödənişi keçirdərək hesabınızı artırırsınız. Bundan sonra şəxsi kabinetinizə daxil olub, balansınızda olan vəsaiti istədiyiniz qaydada sərf edə bilərsiniz.

 

  1. Sizdə minimal aylıq abunə haqqı nə qədərdir?

Minimum aylıq abunə haqqı 10 AZN təşkil edir. Bu qiymətə Ailə paketinə 1 ay müddətinə abunə olursunuz.

 

  1. Abunə müddətimin bitəcəyi haqqında öncədən məlumat ala bilərəm?

- Əlbəttə, abunə müddətinizin bitməsinə 5 gün qalmış bu barədə sizə məlumat verilir (Ailə TV-ni izləyrkən ekranda məlumat verilir). Siz abunə müddətinin xatırladılması bölməsinə daxil olub xatırlatmanı istədiyiniz müddətə təyin edə bilərsiniz.

 

  1. Ayarlar panelinə necə daxil ola bilərəm?

- Pultda Options düyməsini seçin. Sonra Ayarlar panelinə keçin.

 

  1. Ayarlar panelinə daxil olmaq üçün şifrə tələb olunur. Bu hansı şifrədir?

- Ayarlar panelinə daxil olmaq üçün şifrə tələb olunursa 0000 yazıb, daxil edin. Sonra ayarlar panelində Siz bu şifrəni ləğv edə və ya dəyişə bilərsiniz.
Şifrəni ləğv etmək üçün Sistem ayarları - Ayarlar şifrəsini aktiv et bölməsinə keçib, Xeyr seçin.
Şifrəni dəyişmək üçün Sistem ayarları - Ayarlar şifrəsinin dəyişdirilməsi bölməsinə keçib, yeni şifrəni daxil edin və təsdiqləyin.
Şifrəni unutduğunuz halda (012) 920 Məlumat Mərkəzi ilə əlaqə saxlayın.

 

  1. Yayımda problemlər var. Tez-tez yayım dayanır. Problem nədədir?

İlk növbədə internet bağlantınızı yoxlayın. Əmin olun ki stabil 2 mbit/s-dən artıq internet bağlantı mövcuddür və xəttiniz  digər internetə qoşulmuş qurğularla yüklənməyib.
Əgər internet bağlantı zəyifdirsə pultla OK -> Video Keyfiyyət seçərək yayımın keyfiyyətini avtomatik seçməyiniz məsləhət görülür. Bununla sərf olunan internet trafikə də nisbətən qənaət etmiş olursunuz.
Əgər bu tip problemlər yoxdursa (012) 920 Məlumat Mərkəzinə zəng edərək problemi bildirməyiniz xahiş olunur.

 

  1. Nəyə görə bəzi TV kanalların proqramı (EPG) yoxdur?

Yayımçı TV kanal proqram təqdim etmədiyindən EPG bölməsi boşdur.

 

  1. TV kanalın arxivini izləmək üçün proqramı seçirəm, səs gəlir, görüntü yoxdur. Neyləyim?

- Pultda OK düyməsini seçin.

 

  1. Nəyə görə bəzi TV kanalların arxivinə baxmaq olmur?

- Hal-hazırda TV arxiv xidməti yalnız 40 TV kanal üzrə təqdim olunur.

 

  1. Necə oyrənə bilərəm ki hansı TV kanallar üzrə arxiv təqdim olunur?

- Arxivini izləmək mümkün olan TV kanallar xüsusi play/pause işarəsi ilə qeyd olunublar.

 

  1. TV kanallar üzrə neçə günlük arxiv təqdim olunur?

- Arxivini izləmək mümkün olan TV kanalların proqramını 3 günədək geriyə çəkib, izləmək mümkündür.

 

  1. Mən Ailə kartımı (Login-Parol kartı) itirmişəm, istifadəçi adım yadımda deyil, nə etməliyəm?

- Ailə Kartdakı məlumatları etibarlı yerdə saxlayın. Bu məlumatları itirdiyiniz halda bərpa etmək mümkün deyil.
Yeni İstifadəçi Adı və Şifrə əldə etmək üçün (012) 920 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz. Yeni İstifadəçi adı və Şifrə əldə etdikdə Ailə baza paketinə (10 AZN) abunə olmaq mütləqdir.

 

  1. Xidmətlərinizə abunə olduqdan sonra, vaxtından əvvəl abunəni dayandırıb pulu geri qaytarmaq mümükündür?

- Xeyir, şəxsi kabinteinizdə (profilinizdə) hansı paketlərə abunə olacağınızı seçirsiniz. Seçim etdiyinizdən sonra həmin paketə 1 ay müddətinə abunə olursunuz. Əməliyyatı geri qaytarmaq və ya dayandırmaq mümkün deyil.
- Şəxsi kabinetinizə daxil olmaq üçün Ayaralar - Şəxsi kabinet bölməsinə daxil olun.

 

  1. Pultda Like düyməsi vasitəsilə paylaşım etmək istəyirəm, lakin giriş üçün e-mail yaza bilmirəm. Nə etməliyəm?

- Like düyməsini seçdikdən sonra pultda Mouse düyməsini seçin və OK düyməsinə seçin. Ekranda e-mail və şifrənizi daxil etmək üçün klaviatura görünəcək.
Mouse rejimindən çıxmaq üçün pultda Mouse düyməsini yenidən seçin.

 

  1. TV kanalların yerini (ardıcıllığını) dəyişə bilərəm?

- Xeyr. Lazım olan TV kanalları Favorit siyahısına əlavə edib, oradakı TV kanalları istədiyiniz ardıcıllıqda yerləşdirə bilərsiniz.

 

  1. Xidmətin necə işlədiyinə harada baxa bilərəm?

- İstənilən Ailə TV filialına yaxınlaşaraq Ailə TV Player vasitəsilə yeni xidməti test edib konsultasiyalar ala bilərisniz.
Eləcə də iri elektronika mağazaları və supermarketlərdə quraşdırılan xüsusi stendlərimizə yaxınlaşaq, əyani şəkildə yeni xidmətin necə işlədiyinə baxa bilərsiniz.

 

  1. Kinogo və ya digər film saytına daxil olarkən filmi izləyə bilmirəm, flash player dəstəklənmir. Nə etmək olar?

- Xahiş olunur, Play Store-dən Firefox (Mozila) brauzerini yükləyib, həmin brazuserdən daxil olasınız. Həmiçinin Ailə Cinema bölməsindən istədiyiniz filmi seçib rahat şəkildə izləyə bilərsiniz.

 

  1. Mən xarici kart istifadə edərkən, GoldenPay və ya aile.tv saytı vasitəsilə ödəniş apara bilərəmmi?

- Xarici kartınızla ödəniş etmək üçün, xahiş edirik şəxsi emailınızdan aşağıdakı məlumatları yazıb, customerservice@goldenpay.az və  nainam@goldenpay.az ünvanlarına göndərəsiniz:

  1. Adınız, Soyadınız, Atanızın adı
  2. Telefon nömrəniz
  3. Email ünvanınız
  4. Xarici kart ilə ödəmə etmə səbəbiniz Kartınızla və şəxsiyyətinizi təsdiq edən sənədi əlinizdə saxlayaraq, şəklini çəkib bizə göndərin.
  5. Göndərdiyiniz zaman əmin olun ki, yalnız kartın ilk 6 rəgəmi və kartın üzərindəki tam adınız görünür.