SİSTEM SAZLANMASI

İstənilən android əməliyyat sistemində çalışan qurğularda olduğu kimi, Ailə TV Player-də də müəəyyən hallarda proqram təminatının sazlanması tələb olunur. Bu halda televizorun ekranında Ailə TV yazısı dəyişməz olaraq görsənir.

Bu tip nasazlıqlarla üzləşdiyiniz hallarda aşağıdakı göstərilən ardıcıllıqla təlimatlardan birinə əməl etməyiniz xahiş olunur:

1- Ailə TV Player-i elektrikdən ayırın.
2- Ailə TV Player-in alt hissəsindəki Reset yerinə iynə ilə basın.
- Reset yeri: Ailə TV Player-i zavod ayarlarına qaytarır.
3- Bu Reset yerini sıxıb saxlayın və buraxmadan Ailə TV Player-i elektrik şəbəkəsinə birləşdirin.
4- Ailə TV Player-in üzərindəki Ailə TV sözü işıqlananadək Reset yerini sıxılı vəziyyətdə saxlayın, sonra buraxın.

Və ya:

1 – Yükləmə proqramını və proqram təminatını (Bundan sonra PT) buradan yükləyin:
Windows7 üçün Windows10 üçün
2 – «Phoenix card» (PT-nı yükləmək üçün proqramı) kompüterinizə quraşdırın.
3 – Həmin proqram vasitəsilə PT-nın özünü SD karta yazın.
4 – Ailə TV Playeri adaptordan ayırın.
5 – SD kartı Ailə TV Playerin SD kart slotuna daxil edin.
6 – Adaptoru Ailə TV Playerə taxın.
7 – PT avtomatik yazılacaq (Ekranda yüklənmə gedəcək).
8 – Yüklənmə başa çatdıqadan sonra Ailə TV Player sönəcək.
9 – Avtomatik yenilənmələr yüklənəndən sonra Ailə TV Player normal işləyəcək.


Yeni model Ailə TV Player cihazlarında sistem sazlanması (proşivka):  
(Android 5.1 /
2016 Oktyabr ayına sonra alınan)

Əgər Sizdə yeni model Ailə TV Player cihazıdırsa zəhmət olmasa aşağıda göstərildiyi kimi edin:

1 - http://bit.ly/yeniprosivka bu linkdən lazım olan proqram təminatını yükləyin (arxiv fayl).

2 - Yüklədiyiniz arxiv faylın içində olan 3 faylı arxivdən çıxarın və SD kartda köçürün.

3 - SD kartı Ailə TV Player cihazına taxın.

4 - Ailə TV Player cihazını işə salın və yenilənmə avtomatik yüklənəcək.