KORPORATİV XİDMƏTLƏR

Caspian Telecom şirkəti korporativ müştərilərinə aşağıdakı xidmətləri təklif edir:

 

Optik lifli xətt üzərindən İnternet

Optik lifli xətt üzərindən İnternet xidməti yüksək sürətli və keyfiyyətli, tam dayanıqlı beynəlxalq internet şəbəkəsinə çıxışı təmin edir. İstənilən sürətdə fiber-optik şəbəkə vasitəsilə ötürülən internet paketlərə qoşulmaq hələ bu qədər sadə olmayıb.

 

Ayırılmış fiber-optik xətlər və Ethernet

Caspian Telecom şirkətinin fiber – optik ayrılmış xətlər və ethernet xidmətləri kiçik və iri biznes üçün yüksək səviyyəli rabitə həllidir. Müştərinin özəl tələbləri ilə uyğun gələn geniş çeşidli məhsullarımız rabitədə yaranan bütün tələblərə cavab verən və Respublika ərazisində istənilən nöqtələri birləşdirən şəbəkə vasitəsilə fasiləsiz xidmət göstərməyə imkan yaradır.

 

Virtual özəl şəbəkələr (VPN)

Virtual Özəl Şəbəkələr (VPN) xidməti ofislər, filiallar və ya ayrılmış şöbələr arasında daxili məlumatların ötürülməsi üçün infrastrukturun yaradılmasına imkan verir. Nöqtələr arasında məlumat ötürülməsi prosesi “IP sec protocol” vasitəsilə şifrələnir,  “routing”, “quality of service” və “multicast support” kimi xidmətlərə təkan verir. 

 

SWIFT

SWIFT ingilis abreviaturası olub, açıqlaması  Ümumdünya Banklararası Telekommunikasiya Birliyidir (Society for Worldwide Interbank Financial Telecommunications). SWIFT banklar arasında informasiyaların ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemidir. Caspian Telecom şirkəti Azərbaycanda rəsmi SWİFT partnyoru kimi aşağıdakı xidmətləri təklif edir:

Aylıq xidmətlər:

Birdəfəlik xidmətlər:

Alliance Bank File (BIC) quraşdırılması;

SWİFT server-in quraşdırılması

Parch-lərin quraşdırılması;

SWİFT sisteminin yenidən quraşdırılması

Ehtiyyat Məlumat bazasının yaradılması

(Message file, Event journal);

Ehtiyyat SWİFT Server-in quraşdırılması

Sertifikatların idarə olunması

 

Əlavə Workstation-ların quraşdırılması;

 

Problemlərin həlli;

 

Müştəri server və avadanlığına servis və xidmət.

 

 

Video müşahidə

Video Müşahidə uzun illərdir ki, ən populyar təhlükəsizlik sistemi hesab olunur. Banklar, şirkətlər və demək olar ki, bütün dövlət və özəl sektor, video müşahidə sistemindən istifadə edərək öz risklərini qorumaqdadırlar. Bizim geniş şəbəkəmiz, sizin istənilən filialınızda, satış nöqtənizdə analoq CCTV və ya daha müasir IP kameralar quraşdırmaqla günün 24 saatı fasiləsiz video müşahidə sistemi yaratmağa imkan verir.

 

Korporativ IP telefoniya

Korporotiv IP Telefoniya xidməti işçilərinizin hansı filialda, ofisdə, nöqtədə yerləşməsindən asılı olmayaraq onlarla fasiləsiz rahat və qənaətli vahid sistem üzərində qurulmuş kommunikasiya yaratmağa imkan verir. Eyni zamanda, IP Telefoniya xidməti geniş miqyaslı və istənilən tələblərə cavab verən Məlumat Mərkəzinin (Call Centre) yaradılmasına da şərait yaradır.

 

Şəbəkə təhlükəsizliyi

Şəbəkə təhlükəsizliyi sizin şəbəkənizin qorunması üçün həyata keçirilən bütün tədbirləri özündə cəmləşdirir. Effektiv şəbəkə təhlükəsizlik sistemi şəbəkənizi xarici təhlükələrdən qoruyur, məlumatların yerində, təhlükəsiz şəraitdə ötürülməsini təmin edir.

 

Şəbəkə monitorinqi

Şirkətlər və banklar öz fəaliyyətlərində kommunikasiya xidmətlərinə və məlumatların ötürülməsinə olduqca böyük önəm verirlər. Xidmət zamanı şəbəkə və avadanlıqlarda problemlər qaldıqca ümumi biznes proseslərinə zərbə vura bilər. Davamlı monitorinq sistemlərimiz sizin şəbəkədə və avadanlıqlarınızda yaranan bütün problemləri ani sürətdə təyin edib, onların ən qısa zamanda həll olunmasına imkan yaradır.

 

3G Texnologiyaları ilə bank sistemlərinin qurulması

3 G texnologiyaları ilə bank sistemlərinin qurulması xidməti bankomatların və filialların qoşulmasına imkan verir. Bu xidmət bütün Azərbaycanı əhatə edir və mövcud mobil operatorların şəbəkəsi üzərində bankomat və bank filialları arasında rabitə yaradır.