RU EN
KABEL TV
Mən sizin abunəçiniz olmaq istərdim bunun üçün nə etməliyəm
- Sadəcə 920-yə zeng etməlisiniz. Və ya online sifariş göndərməlisiniz.
Qoşulma və ya servis neçə gün ərzində həyata keçirilir?
- Sifarişiniz qəbul olunduqdan 3 iş saatı ərzində Sizinlə əlaqə saxlanılıb qoşulmanın dəqiq vaxtı haqqında məlumat veriləcək. (İş vaxtı: Həftə içi hər gün 09:00-18:00)
Sizin TV xidmətlərinizin ödənişi nə qədərdir?
- Qoşulma pulsuzdur. Aylıq abunə haqqı 10 AZN.
Sizdə neçə cür yayım seçimi var?
- Ailə TV-də hal hazırda 3 yayım növü var: Kabel TV: Analoq - yayım Kabel TV: Rəqamsal - yayım (HD yayım dəstəklənir) IP TV – yayım (HD yayım dəstəklənir)
Ailə TV-də hansı TV kanallar və paketrlər mövcuddur?
- Analoq yayımda 65 TV kanal yayımlanır. Əlavə paket seçimi yoxdur. - Rəqəmsal yayım Ailə paketinə 100-dən çox TV kanal daxildir. Eləcə də Ailə+ və 18+kimi əlavə paketlərə abunə olmaq da mümkündür. - IP TV yayım növündə isə 200-dək TV kanal yayımlanır. Əlavə olaraq 4 kanaldan ibarət 18+ paketinə də abunə ola bilərsiniz. TV kanallar və kanal paketləri haqqında ətraflı məlumatı saytımızın kanallar bölməsinədən əldə edə bilərsiniz.
İnternet
Ailə NET abunəçilərə neçə Mbit/s sürət təqdim edir?
- Ailə NET abunəçilərə 15 mbit/s -dən 100 mbit/s-ə qədər limitsiz, yüksək sürətli internet xidmətləri göstərmək imkanına malikdir.
Ailə NET – in digər provayderlərdən üstünlüyü nədən ibarətdir?
- Ailə NET-in istifadə etdiyi texnologiyanın üstün cəhəti internetə qoşulmaq üçün heç bir telefon qovşağından istifadə edilməməsidir. Eyni zamanda internet bağlantının yaradılması üçün modemə də ehtiyac yoxdur. Yükləmə sürətləri (upload, download) tarifə uyğun internet sürətinə bərabər olur.
Fiber optik internet nə deməkdir?
- Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradır. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkisi olmur. Yükləmə sürətləri (upload, download) provayder tərəfindən verilən internetin sürətinə bərabər olur.
Nəyə görə mənim internetimin sürəti müqavilədə göstərildiyindən aşağıdır?
- Müqavilədə göstərildiyi kimi, Sizə müəyyən tarifə uyğun zəmanətsiz internet sürəti təqdim olunur. Bu o deməkdir ki, pik saatlarında internetə qoşulan ümumi istifadəçilərin sayından asılı olaraq sürət dəyişə bilər. Eləcə də, nəzərə almaq lazımdır ki, internetin sürəti sizin mənzildə internet şəbəkəsinə qoşulan cihazlar arasında bölünür.
Ailə NET – də nəyə görə abunəçinin ip-si tez-tez dəyişir?
- Ailə NET abunəçilərinə dinamik ip təqdim olunur. Statik ip əldə etmək üçün filiala yaxınlaşa bilərsiniz. Statik ip üçün aylıq abunə haqqı 5 AZN təşkil edir.
IPTV
IP TV xidmətinə qoşulmaq üçün nə tələb olunur?
- İlk növbədə 2 Mbit/s-dən yüksək stabil internet bağlantı tələb olunur. Həmin şəbəkədə internetə qoşulmuş əlavə avadanlıqlar ümumi internetin sürətinə təsir edir. Televizor vasitəsilə izləmək üçün: Xüsusi avadanlıq - Ailə TV Player tələb olunur. Abunəçi 60 AZN-ə Ailə TV Player əldə etməklə 6 AY Ailə paketini (200-dək TV kanalı) PULSUZ izləmək hüququ qazanır. Ailə TV Player-i 012 920 zəng edərək və ya rəsmi dilerlərimiz, o cümlədə Ailə TV filiallarından əldə edə bilərsiniz.
Qoşulma və abunə şərtləri necədir?
- Ailə TV Player əldə etməyiniz kifayətdir. Ekranda SMS qeydiyyatdan keçirsiniz və 6 ay pulsuz izləyirsiniz. Daha sonra hər ay minimum 10 AZN ödəyərək Ailə TV xidmətinə abunə ola bilərsiniz. Abunə haqqını keçirmədiyiniz halda xidmət dərhal dayandırılır. Ödəniş etdikdən sonra Ailə TV xidmətimizdən istifadə etməyə davam edə bilərsiniz. Borc yazılmır.
Sizdə neçə TV kanal var və hansı paketlər üzrə bölünüb?
- Ailə paketinə 200 TV kanal daxildir və aylıq abunə 10 AZN təşkil edir. Əlavə olaraq abunəçi 18+ paketinə də abunə ola bilər.
Dilerinizdən əldə edəcəyim avadanlığı kim quraşdıracaq?
- Dəstə daxil təlimat kitabçasına baxaraq, avadanlığı özünüz quraşdıra bilərsiniz. Ailə TV Playerin quraşdırmaqda suallarınız yaranarsa (012) 920 Çağrı Mərkəzinə zəng edərək texniki dəstək ala bilərsiniz.
Bir istifadəçi adı ilə eyni anda bir neçə televizorda Ailə TV-ni izləmək mümkündürmü?
- Xidmətdən eyni internet şəbəkəsinə qoşulmuş 3 cihazda istifadə edə bilərsiniz. 1 Abunə - 3 cihaz.