Daima xidmət və məhsullarını inkişaf etdirən Ailə NET internet provayderi abunəçilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq 5 avqust 2024-cü il tarixindən etibarən yeniliklər edəcək.
Fiber optik internet tarifləri üzrə təqdim olunan minimum sürət 2.5 dəfə (40 Mbit/s internet sürətindən 100 Mbit/s-dək) artırılacaq. Yeni sürət tarifində hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s-dək internet üçün 25 AZN qiymətinə təklif ediləcək. İnternet xidməti ilə bərabər Kabel TV xidmətindən də istifadə edən abunəçilər üçün isə ümumi güzəştli abunə haqqı aylıq toplam 35 azn deyil, 31 azn təşkil edəcəkdir.
Atılan addımlar ölkəmizdə dünya tendensiyaları ilə uyğunlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım dinamikasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsinə xidmət edir.
Daha ətraflı məlumat üçün (012) 920 zəng mərkəzinə müraciət etməklə məlumat almaq mümkündür.